...

"Alibaba" süni intellektin öyrədilmə xərclərini 88%-dək azalda bilən texnologiya hazırlayıb

Dünya xəbərləri Materials 13 May 2025 07:58 (UTC +04:00)
"Alibaba" süni intellektin öyrədilmə xərclərini 88%-dək azalda bilən texnologiya hazırlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin texnoloji nəhəngi "Alibaba" böyük dil modellərinin (LLM) öyrədilməsi prosesini əhəmiyyətli dərəcədə ucuzlaşdıracaq yeni texnologiya təqdim edib.

Trend xəbər verir ki, bu barədə məlumatı “South China Morning Post” yayıb.

"ZeroSearch" adlanan texnologiya ənənəvi üsullarla – yəni xarici axtarış sistemlərindən istifadə ilə müqayisədə məlumatların toplanması xərclərini 88 faizə qədər azalda bilir.

Qeyd edək ki, böyük süni intellekt modellərinin hazırlanması yüksək səviyyəli hesablama gücü, genişhəcmli məlumatlar və böyük maliyyə yatırımı tələb edir. Bu prosesin ən bahalı mərhələlərindən biri isə keyfiyyətli təlim məlumatlarının toplanmasıdır. Bu zaman çox vaxt pullu axtarış API-lərindən istifadə edilir.

"ZeroSearch" isə bu prosesi fərqli həll edir: məlumatlar artıq şirkətin özünün mövcud, yaxşı öyrədilmiş dil modelləri vasitəsilə yaradılır və toplanır. Bununla da xarici API-lərə və axtarış sistemlərinə ehtiyac aradan qalxır, xərclər isə kəskin azalır.

Məsələn, standart bir axtarış API vasitəsilə 64 min sorğunun işlənməsi təxminən 586,7 dollara başa gəlir. Halbuki bu tapşırıq "Alibaba"nın 14 milyard parametrli daxili LLM modeli ilə cəmi 70,8 dollara yerinə yetirilə bilər.

Şirkət bu texnologiyanın süni intellektin öyrədilməsində iqtisadi səmərəliliyi artırmaqla bərabər, daha çevik və müstəqil AI inkişafı üçün yeni imkanlar açacağını bildirir.

Xəbər lenti

Xəbər lenti