Bakı. Trend:
Mayın 9-da Bakının Xətai rayonunda yerləşən 128 yaşlı tarixi binanın sökülməsinə dair iddia yayılıb.
Məsələ ilə bağlı Trend Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.
"Bu ünvanda yerləşən bina dövlət mühafizəsində olan tarixi abidələrin siyahısında olmayıb", qurumdan bildirilib.
Qeyd edək ki, Ələddin Quliyev və 8-ci Zavod küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli bina 1895–1897-ci illərdə məşhur polyak memarı Kazimir Skureviçin layihəsi əsasında tikilib.