Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib.
Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici cari ilin birinci rübü ilə müqayisədə 4,1 milyard kubmetr və ya 32,5% çoxdur.
Belə ki, cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, respublikada 12,6 milyard kubmetr təbii qaz hasil edilmişdi.
Qeyd edək ki, hesabat dövründə hasil edilən qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.