Bakı. Trend:
Son zənglə bağlı məktəblərə protokollar göndərilib.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
"Hər kəsi tələblərə əməl etməyə çağırırıq. Son zənglə bağlı məktəblərə protokollar göndərilib və ondan kənara çıxmaq olmaz.
Yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yük yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir", - o qeyd edib.