...

Kart məlumatları necə oğurlanır?

Gündəm Materials 13 May 2025 20:02 (UTC +04:00)
Kart məlumatları necə oğurlanır?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün maliyyə təhlükəsizliyiniz fiziki deyil, rəqəmsal hücum altındadır.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Sadəcə bir klik, saxta keçid və ya inandırıcı səslənən bir zəng kifayətdir ki, kart məlumatlarınız ciddi risk ilə üz-üzə qalsın.

Proses necə baş verir?

Şübhəli e-poçt, SMS və ya sosial şəbəkələr vasitəsilə siz saxta səhifələrə yönləndirilə və burada kart məlumatlarınızı daxil etməyə təşviq oluna bilərsiniz.

Özünü “bank əməkdaşı” kimi təqdim edən dələduzlar panika yaradaraq kartınızın bloklandığını bildirir və OTP (birdəfəlik şifrə) daxil olmaqla digər fərdi məlumatları tələb edirlər. Bəzən isə yaxınlarınızın adından zəng edərək maliyyə yardımı istəyirlər.

Etibarsız mənbədən yüklənən zərərli tətbiqlər və fayllar vasitəsilə telefonunuza casus proqram yerləşdirilə, bu yolla ekran görüntüləriniz və kart məlumatlarınız oğurlana bilər.

Necə qorunaq?

1) Kart məlumatlarınızı, o cümlədən son istifadə tarixi, CVV, OTP (3DS daxil), şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodunu tanımadığınız şəxslərlə paylaşmayın.

2) Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin. Naməlum keçidlərə və şübhəli fayllara daxil olmayın.

3) Onlayn alış-veriş zamanı kart məlumatlarınızı brauzer və veb-saytların yaddaşında saxlamaqdan çəkinin.

4) Bank tətbiqlərinin və cihazınızın əlavə təhlükəsizlik funksiyalarından (2FA) faydalanın.

5) Kartınızla bağlı şübhəli hallar müşahidə etdikdə, dərhal bankınıza məlumat verin və kartı bloklayın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti