...

Diaspor siyasətindən ictimai diplomatiyaya: Livanda Azərbaycanın tanıdılması fəaliyyətində yeni mərhələ

Cəmiyyət Materials 13 May 2025 18:00 (UTC +04:00)
Diaspor siyasətindən ictimai diplomatiyaya: Livanda Azərbaycanın tanıdılması fəaliyyətində yeni mərhələ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan beynəlxalq arenada imicini və təsirini daha da gücləndirmək üçün ictimai diplomatiyanın imkanlarından uğurla istifadə edir. Bu prosesin vacib tərkib hissəsi xaricdə yaşayan soydaşlarımızı bir araya gətirən mərkəzlərin yaradılmasıdır.

2025-ci il mayın 8-də Livanda Azərbaycan Evinin açılışı olub.

Trend-in xəbərinə görə, Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl türkman icmasının fəaliyyəti və orada evin açılmasını zəruri edənsəbəblərlə bağlı ətraflı məlumat verib.

“Azərbaycan Evinin açılması türkmanların Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini öyrənməsi üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”, - deyə o bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Livanda Azərbaycan Evinin açılmasını iki ölkəarasındakı münasibətlərin inkişafı, eləcə də, burada yaşayantürkman xalqının nümayəndələri üçün mühüm hadisə olduğunusöyləyib.

“Bugünədək dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövləti və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir.İnanıram ki, burada yaşayan türkmanlar Livandakı Azərbaycan Evinin xətti ilə iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcəklər”, - deyə sədr müavini qeyd edib.

Livanın Əkkar bölgəsinin Kavaşra kəndində 3 minədək türkmənyaşayır. 2023-cü ildə ilk dəfə Kavaşra kənd liseyinin şagirdləriarasında Azərbaycan-Livan münasibətlərinə həsr olunan inşamüsabiqəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyiilə müsabiqənin 3 qalibi 2023-cü il 18-21 sentyabrda Azərbaycana dəvət olunub. Qaliblər üçün bir çox istiqamətdə faydalı olansəfərdə şagirdləri məktəbin direktoru və müəllimi müşayiət edib.

Azərbaycana səfəri zamanı Diasporla İş üzrə Dövlət Komitəsininsədri ilə görüşən Kavaşra liseyinin direktoru Xaled İsmayıl kənddə Azərbaycan Evinin açılması, orada Azərbaycan tarixi, ədəbiyyatıvə mədəniyyətinin öyrənilməsi, həmçinin, Azərbaycan dilinin tədrisində çox maraqlı olduqlarını bildirib. Diasporla İş üzrəDövlət Komitəsi bu layihədən sonra Kavaşra kəndində yaşayantürkmənlərlə daim təmasda olub.

Azərbaycan Evində iki müəllim fəaliyyət göstərəcək. Bundan sonra isə həftəiçi iki gün Azərbaycan dili və tarixi dərslərinin keçirilməsi planlaşdırılır. Bu dərslər gənc nəslin Azərbaycan dilində danışma bacarığını inkişaf etdirməklə yanaşı, milli-mənəvi dəyərlərin ötürülməsi, tarix və mədəniyyətimizin tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda,xarici ölkədə yaşayan soydaşlarımızın vətənlə bağlarının möhkəmlənməsinə töhfə verəcək.

Azərbaycan Evinin açılması ölkəmizin diaspor siyasətində mühümmərhələ kimi qiymətləndirilə bilər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən butəşəbbüs təkcə Azərbaycan icmasının mədəni kimliyinin qorunmasına xidmət etmir, eyni zamanda, ölkəmizin dünyada daha da tanıdılması istiqamətində atılmış önəmli addımdır.

Bu təşəbbüs həm də Azərbaycan dövlətinin xaricdəki soydaşlarına verdiyi dəyərin bariz göstəricisidir. Livanda Azərbaycan Evininyaradılması, orada təhsil və mədəni fəaliyyətlərin həyatakeçirilməsi, Azərbaycanın dövlətçilik maraqlarına xidmət edən biraddım olmaqla yanaşı, milli həmrəyliyi gücləndirən mühüm sosial platformadır.

Azərbaycan Evi yalnız mədəni və təhsil mərkəzi deyil, həm dəölkəmizin ictimai diplomatiya strategiyasının gücləndirilməsinə xidmət edən mühüm bir platformadır. Bu təşəbbüs Diasporla İşüzrə Dövlət Komitəsinin məqsədyönlü fəaliyyətinin bir nümunəsi olaraq Azərbaycanın xaricdəki yumşaq güc potensialını artırır və ölkəmizin beynəlxalq aləmdə daha geniş miqyasda tanıdılmasına töhfə verir. Burada keçiriləcək Azərbaycan dili və tarixi dərsləri, mədəni tədbirlər, sərgilər, ədəbi-bədii görüşlər və müxtəlif tematikseminarlar vasitəsilə yerli ictimaiyyətin Azərbaycana marağıartırılacaq, qarşılıqlı anlaşma və dostluq mühiti formalaşdırılacaq. Beləliklə, Azərbaycan Evi həm informasiya boşluqlarını dolduracaq, həm də Azərbaycana qarşı təşkil edilən təxribatların qarşısını alacaq mühüm kommunikasiya vasitəsinə çevriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsi ictimai diplomatiyanın aparıcısubyektlərindən biri kimi çıxış edir. Xaricdəki Azərbaycan evləri, diaspor təşkilatları və təhsil layihələri vasitəsilə Azərbaycan səsini dünyaya çatdırmaq üçün yeni kanallar yaradır. Livandakı Azərbaycan Evi isə bu strategiyanın uğurlu bir hissəsidir – buradahəm milli-mədəni dəyərlər qorunur, həm də Azərbaycanla bağlı müsbət imic formalaşdırılır. Nəticə etibarilə, bu təşəbbüs təkcə Livandakı azərbaycanlılar üçün deyil, eyni zamanda, Azərbaycanla Livan arasında sosial və mədəni körpülərin qurulması baxımındanda böyük əhəmiyyət daşıyır. İctimai diplomatiyanın gücü də elə buradadır: o, insanlar arasında körpülər yaradır və xalqları bir-birinə daha yaxın edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti