...

“Şahdəniz” və AÇG-dən mayın əvvəlinə qədər hasil edilən neft və qazın həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 May 2025 13:41 (UTC +04:00)
“Şahdəniz” və AÇG-dən mayın əvvəlinə qədər hasil edilən neft və qazın həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2025-ci il tarixinədək 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə), 480 milyard kubmetr qaz hasil edilib.

Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, AÇG-dən 606,9 milyon ton neft, 234,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,9 milyon tona yaxın kondensat, 245,8 milyard kubmetr qaz çıxarılıb.

Bundan 1 may 2025-ci il tarixinədək təqribən 654,9 milyon ton neft, 176,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti