...

Britaniyada ədalətsiz hökm qurbanı olmuş məhkum 38 il sonra bəraət alıb

Dünya xəbərləri Materials 13 May 2025 20:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyada bir qadını qətlə yetirməkdə təqsirli bilinərək 38 il cəza çəkmiş məhkum yeni DNT dəlilərinin üzə çıxmasından sorna bəraət alıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, Piter Sallivan 1986-cı ildə Mersisayd əyalətində 21 yaşlı bar işçisi Dayan Sindalı zorlamaqda və qətlə yetirməkdə təqsirli bilinmişdi.

Ədalətsiz məhkəmə hökmü ehtimalını araşdırmaq üçün yaradılmış Britaniyanın Cinayət İşlərinə Yenidən Baxış Komissiyası (CCRC) – cinayət yerindən götürülmüş və qorunmuş sperma nümunələrində naməlum bir şəxsin DNT profilinin aşkar edilməsi ilə əlaqədar olaraq cənab Sallivanın işini apellyasiya məhkəməsinə qaytarmışdı.

Yeni DNT dəlillərinin üzə çıxması birinci instansiya məhkəməsinin qərarını doğruluğunu şübhəl altına alıb və məsələyə Apelasiya məhkəməsində baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti