...

Çinin “Beijing EFUN Group” şirkəti Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır - Şirkət nümayəndəsi

İqtisadiyyat Materials 13 May 2025 17:36 (UTC +04:00)
Çinin “Beijing EFUN Group” şirkəti Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır - Şirkət nümayəndəsi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Çinin “Beijing EFUN Group” şirkəti Azərbaycanla əməkdaşlığın inkişafında və yerli bazarda tərəfdaşlar tapmaqda maraqlıdır.

Bu barədə Trend-ə “Beijing EFUN Technology” şirkətinin satış direktoru Karter Syo (Carter Xie) 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində məlumat verib.

“Biz ilk dəfədir ki, Azərbaycana sərgidə iştirak üçün gəlmişik. Məqsədimiz bazarı araşdırmaq və məsələn, eksklüziv agentlik qismində tərəfdaşlar tapmaqdır. Biz betonqarışdırıcılar, zibil daşıyan avtomobillər, şassi, həmçinin WEW markalı traktorlar istehsal edirik. Bundan əlavə, “Fortune” və “Karma” kimi tanınmış brendlərlə əməkdaşlıq edirik. Ümid edirik ki, məhsullarımızı uğurla təqdim edib potensial müştərilərlə əlaqələr qura biləcəyik,”-deyə o bildirib.

Şirkət nümayəndəsinin sözlərinə görə, sərgi başa çatdıqdan sonra nümayəndə heyəti yerli müəssisələri ziyarət etməyi və bazarı araşdırmağı davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Caspian Agro beynəlxalq sərgisi 13–16 may tarixlərində keçirilir. Tədbir çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiyalar Forumu da təşkil olunub. Sərgidə 31 ölkədən 450 şirkət iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti