Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident Ilham Əliyevin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru təyin edilib.
Trend xəbər verir ki, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.
1984-cü il təvəllüdlü B.Əhmədov 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.
Qarabağ Hərbi Prokurorluğunda və Hərbi Prokurorluğun İstintaq İdarəsində müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 2018-ci ildə Qazax hərbi prokuroru, 2020-ci ildə isə İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2020-ci ilin oktyabr ayından etibarən ədliyyə polkovniki hərbi rütbəsində xidmət edir.