...

2022-ci ildə qlobal miqyasda aşkar edilən insan alveri qurbanlarının sayı 2019-cu illə müqayisədə 25% artıb – Zahid Oruc

Cəmiyyət Materials 13 May 2025 10:51 (UTC +04:00)
2022-ci ildə qlobal miqyasda aşkar edilən insan alveri qurbanlarının sayı 2019-cu illə müqayisədə 25% artıb – Zahid Oruc
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnsan alverinə dair qlobal hesabatlara nəzər saldıqda rəqəmlər dəhşətli mənzərəni orataya qoyur. “Our Rescue”yə əsasən, hər gün internetdə, sosial mediada 500 min insan alveri üzrə şəbəkə üzvü onlayn platformlarda azyaşlıları sosial media hesabında tora salmağa çalışır. Beynəlxalq Əmək Təşkilatının hesabatı göstərir ki, məcburi cinsi istismar hər il 173 milyard dollar qanunsuz gəlir gətirir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, 2022-ci ildə qlobal miqyasda aşkar edilmiş insan alveri qurbanlarının sayında 2019-cu illə müqayisədə 25% artım var.

“Uşaqlar aşkar edilmiş qurbanların 38 %-ni təşkil edib, 2019-cu ildən bəri uşaqların aşkarlanması 31 % artıb. Qızların aşkarlasında daha kəskin - 38 % artım müşahidə edilib. Qadınlar və qızlar aşkar edilmiş qurbanların 61 %-ni təşkil edir. Yetkin qadınlar 39 %, qızlar isə 22% təşkil edib.

Məcburi əmək insan alverinin ən geniş yayılmış forması kimi ortaya çıxıb və aşkar edilmiş qurbanların 42 %-ni təşkil edib və cinsi istismarı 36 %-i ötüb. Məcburi cinayət, o cümlədən onlayn fırıldaqlar üçün insan alveri 2016-cı ildəki 1 %-dən 2022-ci ildə 8 %-ə yüksəlib.

Afrika ölkələrindən olan qurbanlar 128 müxtəlif ölkəyə insan alverinə məruz qalıb, bu da Afrikanı əhəmiyyətli bir mənbə bölgəsinə çevirib”, - deyə Z.Oruc qeyd edib.

Xəbər lenti

Xəbər lenti