...

UNICEF yaxın aylarda Azərbaycanda operativ fəaliyyətini sona çatdıracaq

Siyasət Materials 13 May 2025 13:21 (UTC +04:00)
UNICEF yaxın aylarda Azərbaycanda operativ fəaliyyətini sona çatdıracaq
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

UNICEF yaxın aylarda Azərbaycanda operativ fəaliyyətinə son qoyacaq.

Bunu Trend-ə UNICEF-in Kommunikasiya üzrə regional direktoru İrina Mazur bildirib.

Onun sözlərinə görə, UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığını regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək.

“1993-cü ildən bəri UNICEF Azərbaycan hökuməti ilə əməkdaşlıq edir, uşaqlar üçün həyati əhəmiyyətli xidmətlər və dəstək göstərir. Son 30 ildəki əməkdaşlığımız uşaq ölümlərinin azalmasına, keyfiyyətli təhsilə çıxışın genişlənməsinə və uşaq müdafiə sistemlərinin gücləndirilməsinə töhfə verib”, - deyə İ.Mazur vurğulayıb.

Xatırladaq ki, mayın 2-də BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycandakı ofisinin bağlanmasını rəsmi şəkildə təsdiqləyib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) isə mayın 6-da öz fəaliyyətini dayandırdığını elan edib.

Martın 3-də BMT-nin İnkişafın Koordinasiyası Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Sonq ilə görüş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, gələcəkdə ölkə BMT-nin müxtəlif qurumları ilə əməkdaşlığı onların baş qərargahları vasitəsilə davam etdirəcək.

Nazir qeyd edib ki, Azərbaycan yardım alan ölkədən çıxaraq qlobal gündəliyin fəal iştirakçısına çevrildikdən sonra BMT-Habitat, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər müvafiq qurumlarla əməkdaşlıq prioritet olaraq qalır. Gələcəkdə də bir sıra BMT qurumları ilə əməkdaşlığın onların baş qərargahları səviyyəsində davam etdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti