Bakı. Trend:
Yunanıstanın “Plastika Kritis” şirkəti Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir.
Bunu Trend-ə “Plastika Kritis” şirkətinin ixrac şöbəsinin mühəndis-aqronomu Dimitris Milios 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində verdiyi açıqlamada bildirib.
“Biz artıq on ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstəririk. Məhsullarımız Bakı ətrafında yerləşən müasir və yüksək texnologiyalı istixanalarda istifadə olunur. Biz məhsuldarlığın və tərəvəzlərin keyfiyyətinin artmasına töhfə verən təkmilləşdirilmiş xüsusiyyətlərə malik istixana örtükləri tədarük edirik. Bakıda “Grow Group” şirkəti ilə əməkdaşlıq edirik və bu tərəfdaşlığı çox yüksək qiymətləndiririk,” – deyə o bildirib.
Qeyd edək ki, Caspian Agro beynəlxalq sərgisi 13–16 may tarixlərində keçirilir. Tədbir çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiyalar Forumu da təşkil olunub. Sərgidə 31 ölkədən 450 şirkət iştirak edir.