...

Azərbaycanda qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar 5%-dən çox artıb

İqtisadiyyat Materials 13 May 2025 12:56 (UTC +04:00)
Azərbaycanda qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar 5%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında əsas kapitala 5,069 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% az investisiya yönəldilib.

Trendbu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3% artıb. İstifadə olunmuş investisiyanın 2,579 milyard manatı və ya 50,9%-i məhsul istehsalı sahələrinə, 1,628 milyard manatı (32,1%-i) xidmət sahələrinə, 862,9 milyon manatı (17%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 3,772 milyard manatını və ya 74,4%-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3,969 milyard manatı və ya 78,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti