...

AZAL genişmiqyaslı ESG strategiyasının hazırlanması üzərində çalışır

İqtisadiyyat Materials 13 May 2025 11:10 (UTC +04:00)
AZAL genişmiqyaslı ESG strategiyasının hazırlanması üzərində çalışır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Azerbaijan Airlines” QSC (AZAL) genişmiqyaslı ESG strategiyasının hazırlanması üzərində çalışır.

Trend xəbər verir ki, bu barədə AZAL-ın prezidenti Samir Rzayev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Bakıda keçirilən Aviasiya Enerji Forumu zamanı danışıb.

“Hazırda AZAL davamlı infrastruktur, "ağıllı" hava limanı, bərpa olunan enerji həlləri, "yaşıl" maliyyələşdirmə və tullantıların şəffaflığı kimi sütunlara əsaslanan kompleks ESG strategiyası və “sıfır tullantı” hədəfinə nail olmaq üçün fəaliyyət planı hazırlayır. Yanaşmamız makro və mezo səviyyəli tədqiqatların nəticələrinə əsaslanan məlumatlı və sistemli təhlilə söykənir”, – deyə o vurğulayıb.

S.Rzayev qeyd edib ki, bu öhdəlik çərçivəsində AZAL 2021-ci ildən bəri davamlı inkişaf hesabatları dərc edir.

“Bu dinamikanı əsas götürərək, 2024-cü il üzrə dayanıqlı inkişaf hesabatımızı hazırlayırıq. Hesabatda tullantıların genişmiqyaslı qiymətləndirmələri də yer alacaq. Bu növbəti addım məsuliyyətli inkişaf, ətraf mühitə qayğı, dayanıqlı maliyyələşmə, enerji keçidi və ESG idarəetməsində şəffaflığa sadiqliyimizi daha da möhkəmləndirəcək”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti