...

Azərbaycan Avrasiyanın əsas nəqliyyat mərkəzinə çevrilir - AZAL prezidenti

İqtisadiyyat Materials 13 May 2025 10:55 (UTC +04:00)
Azərbaycan Avrasiyanın əsas nəqliyyat mərkəzinə çevrilir - AZAL prezidenti
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avrasiyanın əsas nəqliyyat mərkəzinə çevrilir.

Trend xəbər verir ki, bunu “Azerbaijan Airlines” QSC-nin (AZAL) prezidenti Samir Rzayev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Bakıda keçirilən Aviasiya Enerji Forumu zamanı deyib.

“Azərbaycan Avrasiyanın əsas nəqliyyat və turizm mərkəzinə çevrilir və AZAL bu dönüşümə öz töhfəsini verməkdən, regional inteqrasiyanı gücləndirməkdən və beynəlxalq mobilliyi artırmaqdan qürur duyur,” – deyə o bildirib.

Rzayev qeyd edib ki, ötən il Bakı COP29-a ev sahibliyi etməklə ölkə və bütün region üçün tarixi bir mərhələ yaradıb.

“Ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim sahəsində qlobal fəaliyyətlərə sadiqliyini bir daha təsdiqlədi və AZAL üçün aviasiyanın dayanıqlı inkişaf gündəmini irəli aparmaqda aparıcı rol oynamaq böyük şərəf idi. COP29 çərçivəsində AZAL və IATA birlikdə “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” adlı yüksək səviyyəli sessiyanın təşkilatçısı qismində çıxış edərək hava nəqliyyatının karbonsuzlaşdırılması mövzusunda dialoq üçün xüsusi platforma təqdim etdilər,” – deyə o əlavə edib.

Samir Rzayev vurğulayıb ki, Şərqlə Qərbin qovuşduğu Bakı təkcə coğrafi kəsişmə nöqtəsi deyil, eyni zamanda dialoq, innovasiya və inkişaf mərkəzidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti