...

AYİB Gürcüstanın 2027-ci ilə qədər ÜDM artımı üzrə proqnozlarını dərc edib

Dünya xəbərləri Materials 13 May 2025 12:05 (UTC +04:00)
AYİB Gürcüstanın 2027-ci ilə qədər ÜDM artımı üzrə proqnozlarını dərc edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2025-ci ildə Gürcüstanın ÜDM-nin 6 faiz artacağını proqnozlaşdırır.

Trend bu haqda bankın may ayında dərc etdiyi “Regional İqtisadi Perspektivlər” adlı hesabatına istinadən xəbər verir.

AYİB-in hesablamalarına görə, 2023-cü ildə Gürcüstanın iqtisadiyyatı 7,8 faiz, 2024-cü ildə isə 9,4 faiz artıb.

“Gürcüstan iqtisadiyyatı 2024-cü ildə 9,4 faiz artım nümayiş etdirərək proqnozları üstələyib və 2023-cü ildəki 7,8 faizlə müqayisədə sürətlənib. Artıma İKT, təhsil, dövlət idarəçiliyi, ticarət və tikinti sahələri töhfə verib. Müharibə ilə bağlı maliyyə axınlarının azalmasına və Rusiyadan miqrasiyanın zəifləməsinə baxmayaraq, daxili istehlak kreditləşmə və əməkhaqqı artımı fonunda yüksək səviyyədə qalıb.

Eyni zamanda, 2024-cü ildə inflyasiya aşağı səviyyədə olub – orta hesabla 1,1 faiz (2023-cü ildə 2,5 faiz idi). 2024-cü ilin oktyabrından başlayaraq ərzaq məhsullarının bahalaşması nəticəsində inflyasiya sürətlənməyə başlayıb və 2025-ci ilin martında illik ifadədə 3,5 faizə çataraq Gürcüstan Milli Bankının 3 faizlik hədəf göstəricisini bir qədər üstələyib. 2024-cü ildə əsas faiz dərəcəsini 150 baza bəndi azaldan Milli Bank 2024-cü ilin mayından etibarən onu 8 faiz səviyyəsində sabit saxlayır”, – deyə hesabatda bildirilir.

AYİB qeyd edir, Gürcüstan Milli Bankını ehtiyatlı siyasət aparmağa davam edir və əsas diqqəti iqtisadi artımın dəstəklənməsi ilə yanaşı, xarici risklərin azaldılmasına yönəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti