...

Respublikaçılar Konqresə böyük vergi islahatı layihəsi təqdim ediblər

Dünya xəbərləri Materials 13 May 2025 08:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Respublikaçı konqresmenlər Nümayəndələr Palatasına əhatəli vergi islahatı layihəsi təqdim ediblər.

Trend xəbər verir ki, 389 səhifəlik sənəd qanunverici orqanın aşağı palatasının Gəlir və xərclər komitəsinin rəsmi saytında dərc olunub.

Layihə vergi güzəştinin maksimum məbləğinin 10 min dollardan 30 min dollara qədər artırılmasını nəzərdə tutur. Həmçinin, Donald Trampın seçki kampaniyasında verdiyi bəxşişlər və əlavə iş saatları üçün vergi azadlığı ilə bağlı vədlər də layihəyə daxil edilib.

Sənəddə müəyyən istisnalar olmaqla, 2028-ci ilə qədər avtomobil kreditləri üzrə faiz ödənişlərinin vergidən azad edilməsi də təklif olunur. Layihə 2017-ci ildə qəbul edilmiş gəlir vergisi dərəcələrinin azaldılmasını təsdiqləməklə yanaşı, Trampın vəd etdiyi yeni vergi güzəştlərinin maliyyələşdirilməsi üçün bəzi vergilərin artırılmasını da nəzərdə tutur.

Respublikaçılar layihənin mayın 26-dək Nümayəndələr Palatasında qəbul ediləcəyinə, daha sonra isə Senatda da dəstək tapacağına ümid edirlər.

Qanun layihəsinin iyul ayının əvvəlində Donald Trampın imzası üçün təqdim olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti