...

Böyükşor hövzəsi üzrə 56,5 milyon manata kanalizasiya kollektoru tikiləcək

İqtisadiyyat Materials 13 May 2025 12:17 (UTC +04:00)
Böyükşor hövzəsi üzrə 56,5 milyon manata kanalizasiya kollektoru tikiləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektoru tikiləcək.

Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “T.T.Ş.-İnşaat” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 56,5 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 27 411 149 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Xalıqverdi Malça oğludur.

Xəbər lenti

Xəbər lenti