Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azəri-Çıraq-Günəşli yatağından 4,5 milyard kubmetr təbii qaz hasil edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 100 milyon kubmetr və ya 2,3% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 4,4 milyard kubmetr təbii qaz hasil edilmişdi.
Qeyd edək ki, hesabat dövründə hasil edilən qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən, TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.