Ağdam. Trend:
Ağdamda iş zamanı sinəsinə armatur batan fəhlə ölüb.
Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.
"1992-ci il təvəllüdlü şəxs (kişi cinsli) 13.05.2025-ci il tarixində saat 11:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasında hospitalizasiya olunub.
Ona metal yad cisminin təsirindən müxtəlif travmalar səbəbi ilə posttravmatik və posthemorragik şok ağır dərəcə diaqnozları təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:20 radələrində onun ölüm faktı qeydə alınıb", - məlumatda deyilir.
xxx
12:12
İşğaldan azad edilmiş Ağdam şəhərində iş qəzası baş verib.
Trend xəbər verir ki, iş zamanı fəhlənin sinəsinə armatur batıb.
Yaralı Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Yaralının xilas edilməsi məqsədilə diaqnostika mərkəzinə FHN-nin xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
