...

"Azərpoçt" MMC Ümumdünya Poçt İttifaqının İnzibati Şurasının və Poçt Əməliyyatları Şurasının üzvlüyünə namizədliyini irəli sürüb - İsi Mustafayev

İqtisadiyyat Materials 13 May 2025 11:06 (UTC +04:00)
"Azərpoçt" MMC Ümumdünya Poçt İttifaqının İnzibati Şurasının və Poçt Əməliyyatları Şurasının üzvlüyünə namizədliyini irəli sürüb - İsi Mustafayev
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərpoçt" MMC Ümumdünya Poçt İttifaqının İnzibati Şurasının və Poçt Əməliyyatları Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

Trend xəbər verir ki, bu sözləri Bakıda “Avropa və MDB Poçt Liderlərinin I Forumu” çərçivəsində jurnalistlərə açıqlamasında “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev bildirib.

O qeyd edib ki, bu platforma bizə Azərbaycanı bütün dünya ölkələrinə tanıtmaq və iştirakçılar arasında Azərbaycan poçt-rabitə sisteminin inkişafı haqqında ətraflı məlumat vermək imkanı yaradır.

“Avropa və MDB Poçt Liderlərinin I Forumu”nda 150-ə yaxın ölkənin nümayəndələri iştirak edir. Nümayəndələr arasında milli poçt operatorlarının rəhbərləri, poçt sektorunun tənzimləyiciləri, nazirlik səviyyəsində iştirakçılar var.

Bu Forumun keçirilməsinin ən böyük əhəmiyyəti Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılması məqsədi daşıyır", - deyə İsi Mustafayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti