Bakı. Trend:
Cari ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 106,3% olub.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bununla yanaşı, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,6%, qeyri-qida məhsulları üzrə 102,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,6% təşkil edib.
Bui ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8% olub.
2025-ci ilin aprel ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,2 faiz təşkil edib.