...

Neftçalada 18 min manatlıq kommunikasiya naqilləri oğurlandı

Hadisə Materials 13 May 2025 14:33 (UTC +04:00)
Neftçalada 18 min manatlıq kommunikasiya naqilləri oğurlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, adıçəkilən şəxslərin rabitə dirəklərindən 18000 manat dəyərində 4995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti