...

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub - Eşqi Bağırov

Cəmiyyət Materials 13 May 2025 12:55 (UTC +04:00)
Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub - Eşqi Bağırov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sevindirici hal ondan ibarətdir ki, artıq 102 min məktəbyaşlı uşağın 1-ci siniflərə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib.

Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib

O bildirib ki, artıq dünəndən - 12 may tarixindən tədrisi rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-dək davam edəcək.

"Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq.

Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim onların müəyyən prioritetlərinə uyğun (məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək. Bu il ilk dəfə olaraq rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan edilir", - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 1-dən start götürən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu uğurla davam edir. Proses elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti