...

Apple yeni iPhone modellərinin qiymətini artırmağa hazırlaşır

Dünya xəbərləri Materials 13 May 2025 03:43 (UTC +04:00)
Apple yeni iPhone modellərinin qiymətini artırmağa hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Apple şirkəti bu ilin payızında təqdim edəcəyi bütün yeni iPhone modellərinin qiymətini artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Şirkət qiymət artımını cihazlara əlavə olunacaq yeni funksiyalar və dizayn yenilikləri ilə əsaslandıracaq.

Qeyd olunur ki, ötən il ABŞ-də satılan 65 milyon iPhone-dan təxminən 36-39 milyonu “Pro” və “Pro Max” modelləri olub. Bu isə Apple-ın yüksək qiymətli modellərə olan tələbatı nəzərə alaraq gəlirliliyi artırmağa çalışdığını göstərir.

Yeni iPhone modellərinin rəsmi təqdimatının payız aylarında baş tutacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti