Bakı. Trend:
Türkiyənin Bodrum şəhəri yaxınlığında 4.9 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb
Yeraltı təkanların episentri Muğla şəhərinin Bodrum rayonundan 137 km qərbdə – Egey dənizində qeydə alınıb. Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib və regionda sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, ötən ayın 23-də Avropanın ən sıx əhaliyə malik şəhərlərindən olan İstanbulda güclü zəlzələ baş vermişdi.
