...

Son bir ildə Bakının təkrar mənzil bazarında satış üçün təklif həcmi xeyli artıb

Cəmiyyət Materials 13 May 2025 13:35 (UTC +04:00)
Son bir ildə Bakının təkrar mənzil bazarında satış üçün təklif həcmi xeyli artıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin aprelindən 2025-ci ilin aprelinədək Bakının təkrar mənzil bazarında satış üçün ümumi təklif həcmi əhəmiyyətli dərəcədə artıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev deyib.

O bildirib ki, 2025-ci ilin əvvəllərində bazarda təklif edilən mənzillərin sayı illik müqayisədə təxminən 17 % yüksəlib:

“Bu artım nəticəsində dekabr ayına doğru şəhər üzrə satışa çıxarılan mənzillərin ümumi sayı 7 mini ötüb. Təklif portfelində həm yeni tikililərdəki mənzillər, həm də köhnə tikililərdəki mənzillər yer alır. Bununla belə, struktur cəhətdən bəzi dəyişikliklər müşahidə edilib – məsələn, köhnə binalardakı mənzillərin payının bir qədər yüksəldiyi müşahidə olunur ki, bu da 1970-ci ildən əvvəl tikilmiş mənzillərə ipoteka məhdudiyyətlərinin tətbiqi səbəbindən alıcı marağının azalması ilə izah olunur. Yeni tikililər üzrə təklif həcmi isə bazara davamlı olaraq yeni layihələr çıxarıldığı üçün yüksək olaraq qalır”.

Mətbuat katibi əlavə edib ki, aylıq dinamika baxımından 2025-ci ilin martından aprel ayınadək təklif həcmi böyük dəyişiklik göstərməyib.

“Yəni bazarda durğunluqdan sonra aktivlik tədricən artsa da, son aylıq artım cüzi olub. İllik müqayisədə isə (aprel 2024 – aprel 2025) təklif sayında ciddi yüksəliş qeydə alınıb (ikirəqəmli faiz artımı). Bu, bazarın canlanması və daha çox mənzilin satışa çıxarılması ilə əlaqədardır. Xüsusilə 2025-ci ilin fevralında təkrar bazarda təklif sayı əvvəlki ilin eyni dövrünə nisbətən 17 % çox idi, bu trend aprel ayınadək davam edib”, - deyə E.Fərzəliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti