...

Google Pay artıq Yelo Mastercard istifadəçiləri üçün aktivdir!

İqtisadiyyat Materials 13 May 2025 10:54 (UTC +04:00)
Google Pay artıq Yelo Mastercard istifadəçiləri üçün aktivdir!

Bakı. Trend:

Yelo Bank, Yelo Mastercard sahibləri üçün daha bir imkan təqdim edir! Bu gündən etibarən, Google Pay ilə təmassız ödəniş xidməti Yelo Mastercard üçün də əlçatandır. Google Pay, Android və Wear OS cihazları ilə rahat və təhlükəsiz ödəniş etməyə imkan verən innovativ həlldir.

Yelo Mastercard sahibləri sadəcə smartfon və ya ağıllı saatlarını ödəniş terminalına yaxınlaşdıraraq anında ödənişlərini həyata keçirə bilərlər. Google-un innovativ texnologiyaları isə bütün əməliyyatların təhlükəsizliyini təmin edir. Bu xidmərtlə market, aptek, restoran, kafedə və bir çox pərakəndə satış mağazalarında rahatlıqla ödənişlər edə bilərsiniz. Həmçinin onlayn alış-verişlər, yemək və ərzaq çatdırılması kimi bir çox xidmətlərin ödənişi də Google Pay ilə mümkündür. Bu zaman mürəkkəb sorğu formalarını doldurmağa ehtiyac qalmadan sadəcə kart məlumatlarını bir dəfə daxil edərək Google Pay-in üstünlüklərindən yararlana bilərsiniz.

Google Pay-i aktivləşdirmək çox asandır. İstifadəçilər Yelo App-də Mastercard kartlarını Google Wallet-ə əlavə edərək rahatlıqla təmassız ödənişlər edə bilərlər. Google Pay-dən istifadə edən müştərilər Yelo kartın cashback və digər imtiyazlarından faydalanamağa davam edəcəklər.

Google Pay haqqında daha ətraflı məlumatı https://pay.google.com və ya https://bit.ly/yelogpay səhifəsinə keçərək öyrənə bilərsiniz.

Kredit kartlari ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Xəbər lenti

Xəbər lenti