Bakı. Trend:
Məktəbdə həmişə 5 və aşağı qiymətlər alanlar olacaq, amma bütün şagirdlərin milli dəyərlər baxımından əla qiymət almasını hədəfləməliyik.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
O bildirib ki, təhsilin vacib elementi milli kimliyin formalaşmasıdır:
"Hər bir dövrün özünəməxsus çağırışı var. Bugünkü dövrdə texnologiya çox sürətlə inkişaf edir. Hazırkı dövrün nəslinin çağırışı ölkəmiz üçün yad olan dəyərlərin qeyri-düzgün şəkildə mənimsənilməsidir.
Biz müasir bilik və bacarıqlara yiyələnmiş gəncliklə yanaşı, milli -mənəvi dəyərləri unutmayan, Azərbaycan dilində səlis danışan gəncliyin formalaşdırılması əsas məqsədimizdir".