Bakı. Trend:
"Arcelor Mittal Internation Luxembourg" şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilir.
Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanına bildirə bilərlər.
Sözügedən şirkət Azərbaycanda 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Raghavelu Manyunaz adlı şəxsdir.