...

Salyanda avtomobil motosikletlə toqquşub - Ölən var

Hadisə Materials 13 May 2025 09:08 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Salyanda minik avtomobili motosikletlə toqquşub.

Trend-in məlumatına görə, hadisə mayın 12-də rayonun Qarabağlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan 1995-ci il təvəllüdlü Rzayev Namiq Vəli oğlu idarə etdiyi “İsuzu” markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxaraq motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü, Şirvan şəhər sakini, 1975-ci il təvəllüdlü Hüseynov Azər Əşrəf oğlunu ehtiyatsızlıqdan vuraraq onun ölümünə səbəb olub.

Faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılır.

Xəbər lenti

Xəbər lenti