Bakı. Trend:
Bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Trend bu barədə Energetika Nazirliyindən məmlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ton və ya 5,2% azdır.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi.
Qeyd edək ki, cari ilin hesabat dövründə hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.