...

Dörd ayda Azərbaycanda 21 milyard manatlıq sənaye məhsulu istehsal edilib

İqtisadiyyat Materials 13 May 2025 12:56 (UTC +04:00)
Dörd ayda Azərbaycanda 21 milyard manatlıq sənaye məhsulu istehsal edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-aprel aylarında 21 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% az sənaye məhsulu istehsal edilib.

Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 3,4% azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb.

Sənaye məhsulunun 62,3%-i mədənçıxarma sektorunda, 30,6%-i emal sektorunda, 6,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,4 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 90,3%, əczaçılıq məhsullarının istehsalı 54,4%, maşın və avadanlıqların istehsalı 26,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 18,7%, qida məhsullarının istehsalı 12,5%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, kompüter, elektron və optik məhsulların istehsalı 6,3%, içkilərin istehsalı 4%, tütün məmulatlarının istehsalı 3,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,3% artıb, mebel istehsalı 3,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,9%, elektrik avadanlıqlarının istehsalı 5,4%, neft məhsullarının istehsalı 9,9%, hazır metal məmulatlarının istehsalı 12,7%, tikinti materiallarının istehsalı 12,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2%, kağız və karton istehsalı 26,6%, geyim istehsalı 42,8%, poliqrafiya məhsullarının istehsalı isə 48,2% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti