Bakı. Trend:
Argentinanın Santa-Kruz əyalətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 11,6 min insanın yaşadığı Rio Turbio şəhərindən 28 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 131 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.