...

Bakıda bir mənzilin orta satış qiyməti 180-200 min manat olub

İqtisadiyyat Materials 13 May 2025 13:46 (UTC +04:00)
Bakıda bir mənzilin orta satış qiyməti 180-200 min manat olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təkrar mənzil bazarında satılan mənzillərin orta sahəsi və orta ümumi qiyməti bazarın strukturuna uyğun formalaşır. Araşdırmalar göstərir ki, Bakıda mənzillərin orta sahəsi təxminən 85-100 kv.m aralığındadır. Məsələn, əvvəlki illərdə aparılmış təhlillərə görə təkrar bazarda orta mənzil sahəsi 93 kv.m olub. Hazırkı dövrdə də yeni tikililərdə 2-3 otaqlı mənzillər üstünlük təşkil etdiyi üçün orta sahə təxminən bu səviyyədədir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev deyib.

O bildirib ki, bu orta sahə və yuxarıda qeyd edilən kvadratmetr qiymətləri əsasında bir mənzilin orta satış qiyməti 2025-ci ilin aprel ayı etibarilə təxminən 180-200 min AZN təşkil edir:

“Məsələn, 90 kv.m-lik tipik bir mənzilin kvadratmetri 2200 AZN-dən hesablandıqda ümumi dəyəri 198 min AZN edir ki, bu da təxminən 115 min ABŞ dollarına bərabərdir. Müqayisə üçün, 2013-cü ildə Bakı təkrar mənzil bazarında bir mənzilin orta qiyməti 113 162 ABŞ dolları kimi qeydə alınmışdı. Göründüyü kimi, manatın devalvasiyaları nəzərə alınsa da, son on ildə dollar ifadəsində orta mənzil dəyəri təxminən eyni qalmaqda, lakin manat ifadəsində kəskin artmaqdadır”.

Mətbuat katibi əlavə edib ki, orta qiymət dinamikasında aylıq və illik dəyişmələr də nəzərə çarpır.

“Son ay ərzində (mart 2025 – aprel 2025) mənzilin orta satış qiymətində cüzi – təxminən 1 %-dək – artım oldu. İllik müqayisədə isə (aprel 2024 – aprel 2025) orta mənzil qiyməti təxminən 10-15 % bahalaşdı. Bu bahalaşma əsas etibarilə kvadratmetr qiymətlərinin artımına paralel gedir, çünki orta sahədə ciddi dəyişiklik müşahidə olunmayıb (bazara daxil olan mənzillərin ölçü paylanışı stabil qalıb)”, - deyə E.Fərzəliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti