Tərtər. Trend:
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilir ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
xxx
11:52
Tərtərdə qayınata gəlinini bıçaqlayaraq öldürüb.
Trend xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov gəlini, 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirib.
Hadisəni törədən polis əməkdaşları tərəfindən saxlanaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.