...

Orta Dəhliz vasitəsilə ticarət Azərbaycanın logistika sektoru üçün yeni imkanlar yaradacaq - AYİB

İqtisadiyyat Materials 13 May 2025 09:51 (UTC +04:00)
Orta Dəhliz vasitəsilə ticarət Azərbaycanın logistika sektoru üçün yeni imkanlar yaradacaq - AYİB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz vasitəsilə ticarət Azərbaycanın logistika sektoru üçün əlavə imkanlar yaradacaq.

Trend bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatına əsasən məlumat yayıb.

“Ortamüddətli perspektivdə Çinlə Avropanı birləşdirən Orta Dəhliz vasitəsilə ticarət Azərbaycan üçün nəqliyyat və logistika sahəsində yeni imkanlar aça bilər. Regionda sülhün möhkəmləndirilməsi istiqamətində göstərilən səylər yeni ticarət marşrutlarının açılmasına və investisiyaların cəlb olunmasına vəsilə ola bilər”, -deyə “Regional İqtisadi Perspektivlər” adlı hesabatda qeyd olunur.

Hesabata görə, Azərbaycanın real ÜDM üzrə artımı 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz civarında proqnozlaşdırılır.

“Artımın qeyri-neft sektorunun davam edən inkişafı və sabit dövlət investisiyaları hesabına dəstəklənəcəyi gözlənilir. Lakin proqnoz hələ də yüksək risklərə məruz qalır. Bu risklərə neft və qaz qiymətlərindəki dəyişkənlik, ticarət siyasətində davam edən qeyri-müəyyənlik, xarici tələbatın zəifləməsi, eləcə də, regional münasibətlərin normallaşması prosesində mümkün olan uğursuzluqlar daxildir”.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən daha uzun dəniz yollarından yan keçən quru yoludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti