...

Bərdədə azyaşlı uşağı maşın vurub

Hadisə Materials 13 May 2025 15:25 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə 8 yaşlı uşağı maşın vurub.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Bərdə şəhər Sabir küçəsində qeydə alınıb.

Belə ki, Nihad Əkbərovun idarə etdiyi "Honda" markalı minik maşını Cəlilzadə Rafil Vüqar oğlunu vurub.

Xəsarət alan azyaşlı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həyatı təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti