...

Xankəndidə ikinci məktəb açılacaq

Cəmiyyət Materials 13 May 2025 11:50 (UTC +04:00)
Xankəndidə ikinci məktəb açılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi şəhərində ikinci məktəbin açılması planlaşdırılır.

Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə təhsil müəssisələrinin yaradılması işləri davam etdirilir.

"Artıq işğaldan azad olunan ərazilərdə 20 təhsil müəssisəsi (məktəb və bağça) açılıb. Bu ərazilərdə 2300 şagird məktəbə, 200-ə yaxın azyaşlı isə bağçaya gedir. Bir çox kəndlərdə təhsil müəssisələrinin inşa edilməsi prosesi davam etdirilir.

Xankəndi şəhərində 4 nömrəli məktəb ilə bağlı görülən işlər artıq yekunlaşıb. İkinci məktəbin açılması planlaşdırılır", - deyə o əlavə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti