...

AÇG-dən hasil edilən neftin həcmi 3,6% azalıb

İqtisadiyyat Materials 13 May 2025 13:02 (UTC +04:00)
AÇG-dən hasil edilən neftin həcmi 3,6% azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 5,3 milyon ton neft hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 200 min ton və ya 3,6% azdır. Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 5,5 milyon ton neft hasil edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

O cümlədən, gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barrel) olub. Bunun 61,6 min tonunu (455 min barrel) xam neft, 13,5 min tonunu (111 min barrel) kondensat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti