Bakı. Trend:
Elektron ticarət ÜDM-in artırılması üçün gələcəyin infrastrukturudur.
Trend xəbər verir ki, bunu Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktorunun müavini Maryan Osvald Bakıda keçirilən Avropa və MDB ölkələrinin Poçt Liderlərinin I Forumunda deyib.
Sənayenin perspektivlərindən söz açan Osvald dövlətlərlə poçt operatorları arasında sıx əməkdaşlığın zəruriliyini vurğulayıb:
"Elektron ticarət sahəsində böyük imkanlar var. Bununla belə, elektron ticarət təkcə dövlət xidməti deyil, həm də konkret ölkənin ÜDM-ni əhəmiyyətli dərəcədə artıra bilən istiqamətdir", - Osvald vurğulayıb.
Onun sözlərinə görə, poçt rabitəsinin inkişafına təkcə infrastrukturun bir hissəsi kimi deyil, həm də tam hüquqlu iqtisadi mühərrik kimi, xüsusilə də rəqəmsal keçid kontekstində baxmaq lazımdır.