Bakı.Trend:
Hindistanın ötən həftə ərzində həyata keçirdiyi hücumlar nəticəsində 40-ı dinc sakin, 11-i hərbçi olmaqla 51 nəfər həyatını itirib, 199 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Pakistan ordusunun ictimaiyyətlə əlaqələr departamentinin yaydığı bəyanatda deyilir.
Məlumata görə, ölən mülki şəxslərdən yeddisi qadın, 15-i isə uşaq olub.
“Pakistan dövləti təcavüz qarşısında sarsılmaz olaraq qalır. Heç bir anlaşılmazlıq olmasın. Pakistanın suverenliyinə və ərazi bütövlüyünə ediləcək istənilən növbəti cəhd dərhal, hərtərəfli və qətiyyətli cavabla qarşılanacaq”, – bəyanatda deyilir.