...

İstanbul sahilində 4,1 maqnitudalı zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 13 May 2025 08:52 (UTC +04:00)
İstanbul sahilində 4,1 maqnitudalı zəlzələ qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul sahilində bu gün 4,1 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.

Yeraltı təkanlar Mərmərə dənizində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 07:18-də baş verib, ocağı isə 13,6 km dərinlikdə yerləşib.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi isə zəlzələnin maqnitudasını 3,8 olaraq açıqlayıb. Agentliyə görə, seysmoloji hadisənin episentri İstanbulun Büyükçekmece rayonunun 20 km cənubunda yerləşib və ocağı 6,84 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib və sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti

Xəbər lenti