...

Logistika sahəsində etibarlılıq çox vacibdir - ÜPİ

İqtisadiyyat Materials 13 May 2025 10:43 (UTC +04:00)
Logistika sahəsində etibarlılıq çox vacibdir - ÜPİ
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Etibarlılıq biznesin əsas dayandığı yerdir. Əgər müştəriləriniz sizi etibarlı hesab edirlərsə, çox güman ki, sizinlə əməkdaşlıq edəcəklər. Logistika sahəsində isə etibarlılıq çox vacibdir.

Trend xəbər verir ki, bu sözləri Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnkişaf və Əməkdaşlıq üzrə direktoru Mutua Muthusi Bakıda keçirilən "Avropa və MDB Poçt Liderlərinin I Forumu"nda deyib.

"Çünki göndərdiyiniz məhsulun vaxtında və düzgün şəkildə çatdırılacağına əmin olmaq istəyirsiniz, ya da sizə göndərilən məhsulun düzgün şəkildə çatdırılacağı bilmək istəyirsiniz.

Etibarlılıq göstəricisi bu regionda kifayət qədər yüksəkdir (88%). Bu göstərici 2022-ci ildə 79% idi. Yeri gəlmişkən, burada göstərilən rəqəmlər 2023-cü ilə aiddir. Və görürsünüz ki, hər bir sahədə irəliləyiş var.

Etibarlılıq artıb. Əhatəlilik sütunu da artım göstərir. Bu regionda poçt fəaliyyətinin göstəriciləri. Əslində bu, bizim Ümumdünya Poçt İttifaqının (UPU) inteqrasiya olunmuş poçt inkişafı indeksində əldə etdiyimiz ən yüksək regional göstəricidir. Bu indeks çox vacib bir vasitədir və hər il bütün regionlarda poçt inkişaf səviyyəsini qiymətləndirmək üçün həyata keçirilir", - deyə direktor əlavə edib.

Xəbər lenti

Xəbər lenti