...

İnsan alveri ilə mübarizə sahəsinə “rəqəmsallaşma” anlayışının gətirilməsi təklif edilir

Cəmiyyət Materials 13 May 2025 10:50 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bütün sosial şəbəkələrdə insan alverçiləri aktiv şəkildə öz qurbanlarını gözləyirlər. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna rəqəmsallaşma ilə bağlı əlavələrin edilməsinə ehtiyac var.

Trend xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.

O bildirib ki, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)” müasir tələblərə cavab vermir.

“Sosial proqramların gücləndirilməsi məsələsində də millət vəkillərinin dəstəyinə ehtiyac var”, - deyə M.Zeynalova qeyd edib.

Xəbər lenti

Xəbər lenti