...

Üç Azərbaycan vətəndaşı Kipr və Qvatemalada insan alverində təqsirləndirilərək həbs edilib

Cəmiyyət Materials 13 May 2025 10:00 (UTC +04:00)
Üç Azərbaycan vətəndaşı Kipr və Qvatemalada insan alverində təqsirləndirilərək həbs edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilində xarici ölkələrin müvafiq dövlət qurumları ilə aparılan məlumat mübadiləsi nəticəsində üç Azərbaycan vətəndaşının Kipr və Qvatemalanın hüquq mühafizə orqanları tərəfindən insan alverində təqsirləndirilərək həbs olunması müəyyən edilib.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, ölkəyə readmissiya edilən şəxslər arasında bir nəfərin Yunanıstanda insan alverinin qurbanı olması müəyyən edilib.

Qeyd edək ki, bu hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq, Ombudsman Aparatı, Vəkillər Kollegiyası, beynəlxalq təsisatlar, 20 qeyri-hökumət təşkilatı, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanı, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti