...

Apreldə “Abşeron” yatağından hasil edilən təbii qazın həcmi məlum olub

İqtisadiyyat Materials 13 May 2025 14:09 (UTC +04:00)
Apreldə “Abşeron” yatağından hasil edilən təbii qazın həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında “Abşeron” yatağından 500 milyon kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici cari ilin birinci rübü ilə müqayisədə 100 milyon kubmetr və ya 25% çoxdur.

Belə ki, bu ilin yanvar-mart aylarında “Abşeron” yatağından 400 milyon kubmetr təbii qaz hasil edilmişdi.

Qeyd edək ki, hesabat dövründə hasil edilən qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən, TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti