...

İsveçin rəhbərliyi ilə keçirilən əməliyyat zamanı 57 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 13 May 2025 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı beynəlxalq polis əməliyyatı nəticəsində Baltik dənizi regionu ölkələrində, eləcə də Norveç və İslandiyada 57 nəfər saxlanılıb.

Trend xəbər verir ki, saxlanılanlardan 22-si birbaşa İsveç ərazisində tutulub. Əməliyyat təşkilatlanmış oğurluq, qaçaqmalçılıq və digər transsərhəd cinayətlərə qarşı mübarizəyə yönəlib.

Bir neçə gün davam edən əməliyyat çərçivəsində hüquq-mühafizə orqanları bərə xətləri, yollar, körpülər və hava limanlarında 20 mindən çox şəxsi və 15 minə yaxın nəqliyyat vasitəsini yoxlayıb. Nəticədə oğurlanmış avtomobillər, qayıqlar, velosipedlər, saatlar və bir yük maşını müsadirə olunub.

İsveçin məhkəmə icraçıları tərəfindən təxminən beş milyon İsveç kronu (təxminən 460 min ABŞ dolları) dəyərində əmlaka həbs qoyulub. Bundan əlavə, bir neçə kiloqram narkotik vasitə də ələ keçirilib.

Ümumilikdə ağır oğurluq, çirkli pulların yuyulması, ekoloji hüquq pozuntuları və narkotiklə bağlı təxminən 100 cinayət işi açılıb. Ən çox həbs İsveç və Danimarkada qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti