Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1,8 milyon ton neft emal edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 400 min ton və ya 18,2% azdır.
Belə ki, keçən ilin yanvar-mart aylarında ölkədə neftin emalı 2,2 milyon tona yaxın təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.
O cümlədən, gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barrel) olub. Bunun 61,6 min tonunu (455 min barrel) xam neft, 13,5 min tonunu (111 min barrel) kondensat təşkil edib.